YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: İqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək

«Bu gün iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Onun sözlərinə görə, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək.

«Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sisteminin sabitliyi təmin olunacaq, biznes mühiti daha da yaxşılaşacaq, işgüzar sferada fəallaşma, investisiya qoyuluşunun davamlılığı təmin edilmiş olacaq, islahat xarakterli kompleks tədbirlərin səmərəliliyi daha da artacaq, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik işlər səmərəli nəticələr verəcək. Yəni milli iqtisadi inkişafa xidmət edən bütün məqsəd və hədəflərin yerinə yetirilməsi mümkün olacaq ki, bu da ölkənin milli gücünün artması baxımından böyük önəmə malikdir»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv