YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: ATƏT-in Minsk qrupunun həmsədrləri əməli fəaliyyət göstərməlidir

«ATƏT-in Minsk qrupunun həmsədrləri əməli fəaliyyət göstərməlidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, burada əsas məsələ həmsədr dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə olan münasibətidir. Onun sözlərinə görə, həmin dövlətlərin işğalçı ölkə çox yaxşı münasibətləri var.

«Həmsədr dövlətlərin münaqişəyə münasibəti uzun illərdir ki, özünü göstərir. Onların məqsədi ermənilərin maraqlarını maksimum qorumaqdır. Erməni tərəfi onlara arxalanaraq təxribatlar törədir və sülhə gəlmək istəmir. Amma gec-tez Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad edəcək»- deyə, E.Məmmədov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv