YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycanla bağlı qətnamələrin qəbulunda səsvermə zamanı bir sıra insanlar təsir altına düşərək səs veriblər. Burada ilk növbədə Ukraynadan olan deputatları qeyd etmək istəyirəm. Ukrayna deputatları Azərbaycan əleyhinə çıxış ediblər.

Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

S.Seyidov bildirib ki, Ukrayna-Azərbaycan əlaqələri inkişaf mərhələsini yaşayır: “Təəssüf ki, həmin deputatlar Azərbaycanın əleyhinə səs veriblər. Bu onların Ukraynaya qarşı çıxması deməkdir. Yalnız Poroşenkonun partiyasından olan deputatlar Azərbaycanın əleyhinə çıxmayıblar".