YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: “İlboyu bilik” layihəsi Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək

«Prezident İlham Əliyevin tapşırığı əsasında “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən aksiya maarifləndirici xarakter daşıyır». Bunu akademik Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, bu böyük aksiyanın davamı olaraq Azərbaycan Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” layihəsi Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək.

« “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Fondun “Qardaşlaşmış məktəblər” proqramının da məqsədi bu çərçivədə bölgələrdə yaşayan yeniyetmələr arasında “bilik körpusu” yaratmaqdır»- deyə, akademik qeyd edib.