YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşanın xarici işlər naziri: Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir

Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir. Bu il Azərbaycan ilə Polşa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Ötən 25 il ərzində gözəl münasibətlər qurmuşuq. Azərbaycan təhlükəsizliyinə, sabitliyinə görə polşalı turistlər üçün maraqlı ölkədir. Biz Şərq Tərəfdaşlığı çərçivəsində yaxından əməkdaşlıq edirik. Ölkələrimiz regionda sülh və təhlükəsizlik adasıdır.

Bu sözləri Polşanın xarici işlər naziri Vitold Vaşçikovski azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə deyib ki, Polşa Dağlıq Qarabağ münaqişəsi məsələsində birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Nazir vurğulayıb ki, iqtisadi sahədə əlaqələrimiz inkişaf edir. Gələn il Polşa Prezidentinin ölkəmizə səfəri gözlənilir. Bu səfər zamanı bir sıra sənədlərə baxılacaq.

Elmar Məmmədyarov qeyd edib ki, Polşa və Azərbaycan arasında çox qədim əlaqələr var. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edirlər.