YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənilər xoşluqla sülhə gəlməyəcək

«Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş üçün  yaxşı imkan ola bilər». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov deyib.

R.Musabəyov bildirib ki, prezidentlərin görüşü ali səviyyədə bir görüşdür. Onun sözlərinə görə, işğalçı Ermənistanın hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirməsi bu görüşdə əhəmiyyətli nəticələrin olacağına şübhə yaradır.

«Yəqin ki, görüşdə həmsədrlər əsas məsələ kimi  atəşkəs rejiminin möhkəmləndirilməsini təklif edəcəklər. Amma atəşkəsin qorunması müaqişənin həlli demək deyil. Ona görə də, Azərbaycan tərəfi həmişə substantiv danışıqların aparılmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Beynəlxalq birlik tərəfindən Ermənistan məcbur edilməlidir ki, işğalçı siyasətinə son  qoysun. Əks halda, ermənilər xoşluqla sülhə gəlməyəcək»- deyə, R.Musabəyov vurğulayıb.