YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur

«Sentyarbın 25-də bir barelinin qyməti 60 dollara yaxınlaşan neft daha sonra dəyərini itirsə də, oktyabrın 9-dan etibarən cüzi olsa da bahalaşa bilib». Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri  Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, bir tərəfdən şist neft, digər tərəfdən elektrik avtomobillərin istehsalının genişləndirilməsi ilə bağlı planlar neftin qiymətinin orta müddətli dövrdə yüksəlməyəcəyindən xəbər verir. Onun sözlərinə görə,  “Amazon effekti” adlandırılan texnoloji yenliklər neft bazarına ciddi alternativ yaratmaqla “qara qızıla” olan tələbin azalmasına gətirib çıxarır.

«Xüsusilə də, Çinin elektrik avtomobillərin (EVs) istehsalı ilə bağlı planları növbəti 20 ildə neftin bir barelinin qiymətinin 20 dollara qədər aşağı düşməsinə gətirib çıxara bilər. Bunu bəlkə də təsəvvür etmək çətindir, amma dünyada ən böyük avtomobil bazarına sahib olan Çinin bu istiqamətdəki gələcək planlarının necə reallaşması neftin qiymətinə birbaşa təsir göstərəcək. Bununla belə, bu proqnozlar növbəti dekada üçündür. Hələlik isə neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur»- deyə, iqtisadçı-ekspert qeyd edib.