YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: Azərbaycanda 2 milyardıncı ton neft noyabrın ilk həftəsində hasil olunacaq

Azərbaycanda 2 milyardıncı ton neft noyabrın ilk həftəsində hasil ediləcək.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. O qeyd edib ki, noyabrın 5-də bu münasibətlə xüsusi mərasim keçiriləcək.

Xatırladaq ki, milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılıb. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçiblər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs edib.