YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Lənkəran şəhər təşkilatının X konfransı keçirilib

Oktyabrın 5-də YAP Lənkəran şəhər təşkilatının X konfransı keçirilib.

Konfransdan əvvəl qonaqlar və YAP Lənkəran şəhər təşkilatı İdarə Heyətinin üzvləri Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Sonra konfrans Heydər Əliyev Mərkəzində işə başlayıb.

YAP-ın banisi, Ümummilli Lider Heydər Əliyevin və həyatdan köçmüş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı Lənkəran şəhər İH-nin başçısı, YAP Lənkəran şəhər təşkilatı idarə heyətinin üzvü Taleh Qaraşov açıq elan edərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaradılmasının 25 ili tamam olur. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqi-dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.

Sonra YAP Lənkəran şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Möhübbət Babayevin şəhər təşkilatının IX konfransından ötən müddət ərzində görülmüş işlər barədə məruzəsi dinlənilib.

Hesabat məruzəsindən sonra çıxış edən YAP Lənkəran şəhər təşkilatının fəalları təşkilatın ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.

Konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək YAP-ın müasir Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızın bütün sahələrində inkişaf dinamikasına nail olunmasında tarixi xidmətlərindən və xalqın bu siyasi təşkilata yüksək etimadından danışıblar.

Konfransda təşkilatı məsələyə baxılıb, Möhübbət Hacıbaba oğlu Babayev YAP Lənkəran şəhər təşkilatının sədri seçilib.