YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin ofisində qəbul imtahanlarında 700 bal toplamış gənclərlə görüş keçirilib

Bu gün YAP Gənclər Birliyinin ofisində bu ilin ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış gənclərlə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Görüş YAP Gənclər Birliyinin ofisində davam etdirilib. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov təhsildə qazandığı uğurlara görə 700 bal toplamış gəncləri təbrik edib. Onlara ali təhsillərində uğurlar arzulayan  S.Orucov Azərbaycan dövlətinin təhsilin inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Onun fikrincə, məhz bu diqqətin nəticəsində də gənclərimiz yüksək nəticələr göstərirlər.

S.Orucov Yeni Azərbaycan Partiyasının da gəncliyin inkişafı ilə bağlı vacib layihələr həyata keçirdiyini deyib. Məhz bunun nəticəsidir ki, YAP sıralarında 250 min nəfərə qədər gənc birləşib. YAP Gənclər Birliyinin sədri 700 bal toplamış gənclər üçün partiyanın qapılarının hər zaman açıq olduğunu vurğulayıb.

Tədbirdə daha sonra YAP Gənclər Birliyinin 2013-cü il ərzindəki fəaliyyəti ilə bağlı foto-slayd nümayiş etdirilib. Eləcə də, qəbul imtahanlarında 700 bal toplamış gənclərə hədiyyələr təqdim olunub.