YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın keçmiş Prezidenti Petru Luçinskini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Moldova Respublikasının keçmiş Prezidenti Petru Luçinskini qəbul etmişdir.

Keçmiş Prezident Petru Luçinski Azərbaycanın böyük şairi, dahi Nizami Gəncəvinin Moldovada dörd dildə nəşr olunmuş müdrik kəlamlarından ibarət kitabı dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Azərbaycan ilə Moldova arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu.