YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Aqroparkların yaradılması qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir

«Regionlarda ən mühüm layihələrdən biri aqroparkların yaradılmasıdır və bu istiqmətdə mühüm işlər aparılır. Aqroparkların yaradılması qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, aqroparkların əsas hədəflərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin tətbiqinın həyata keçirilməsidir. Onun sözlərinə görə, məqsəd Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən və xüsusilə də aqrar biznesdə rəqabətin artırılmasına, ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şərait yaratmaq, yeni məhsulların istehsalını və bazar əlaqələrini inkişaf etdirmək, mülkiyyətçilərin maliyyə xidmətlərinə çıxışını artırmaqdır.
«Qarşıdakı mərhələdə respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verəcək. Nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər müşahidə olunacaq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq»- deyə, deputat qeyd edib.