YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Cocuq Mərcanlıdakı vəhşiliklərlə erməni vandalizmi bütün dünyaya bir daha yayıldı

Son 200 ildə ermənilər tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının bir hissəsi yalnız 1994-cü ildə Horadiz əməliyyatı və 2016-cı ilin aprel ayında Lələtəpə əməliyyatı zamanı işğaldan azad edildi.

Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatında deyib. /Trend/

Ə.Həsənov bildirib ki, xarici və media nümayəndələrinin və daha sonra xarici ölkələrin səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil olundu.

Baş nazirin müavini qeyd edib ki, xarici qonaqlar cəmi 4 ay erməni işğalı altında qalmış Cocuq Mərcanlı kəndində törədilmiş vəhşilikləri gördülər və bununla da erməni vandalizmi bütün dünyaya bir daha yayıldı: "Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı sərəncam imzaladı. Artıq kənd əhalisinin bir hissəsi öz doğma yurdlarına qayıdıb və yeni evlərin tikintisi davam edir. Beləliklə, bu, böyük qayıdışın başlanğıcıdır".