YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Azərbaycan 2020: gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans işə başlamışdır

Aprelin 26-da Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 26 aprel-Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Azərbaycan 2020: gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans işə başlamışdır.

Konfrans Azərbaycanda 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilmişdir.

Konfransın açılışında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış edərək əqli mülkiyyətin sənayenin inkişafındakı rolundan danışmışlar. Bildirilmişdir ki, 20 il ərzində respublikamızda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik və məhkəmə sistemləri yaradılmış, müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmışdır. 2013-cü ilin əvvəlinə olan vəziyyətə görə ölkənin ümumi daxili məhsulunda müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənayenin) xüsusi çəkisi artaraq 2003-cü ildəki 2,1 faizdən 4,6 faizə çatdırılmışdır.