YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan fəal beynəlxalq əməkdaşlıq siyasəti həyata keçirir

«Azərbaycan fəal beynəlxalq əməkdaşlıq siyasəti həyata keçirir. Respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə xoş münasibətlər qurub». Bu fikri AŞPA-nın komitə sədri,  Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, ölkəmiz Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun sülh, əməkdaşlıq, tərəqqi məkanına çevrilməsinə böyük səy göstərir. Bunun təsdiqi olaraq, təkcə son illərdə ölkəmizin təşəbbüsləri və fəal iştirakı ilə bir neçə regional əməkdaşlıq platforması yaranıb və uğurla fəaliyyət göstərir. Xəzər və Qara dəniz hövzələri ölkələri bəhs olunan platformalar çərçivəsində siyasi əməkdaşlığı genişləndirir, eyni zamanda, regionun sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasında iştirak edirlər.
«Azərbaycan regional müstəvidə olduğu kimi, beynəlxalq miqyasda cərəyan edən proseslərə də öz müsbət təsirini göstərməyə çalışır. Məlumdur ki, respublikamız qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal şəkildə iştirak edir, eyni zamanda, mütəmadi olaraq ölkələr arasında etimad, qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verən yeni təşəbbüslər irəli sürür. Respublikamızın dünyanın əksər dövlətləri ilə diplomatik münasibətləri, iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir»- deyə, S.Qafarova vurğulayıb.