YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Dövlət proqramlarının uğurlu icrası nəticəsində respublikamızın siması əhəmiyyətli dərəcədə dəyişib

«Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları uğurla həyata keçirilir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, dövlət proqramlarının uğurlu icrası nəticəsində respublikamızın siması əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, hazırda Azərbaycan dünyaya yeni, müasir formada təqdim olunur.

«Azərbaycan inkişaf baxımından dünyada ön sıralardadır. Regionlarımızın yeni mənzərəsi isə bu inkişafı şərtləndirən mühüm amillərdən biridir. Sözsüz ki, bütün bunların əldə olunmasında  ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının xüsusi rolu var»- deyə, komitə üzvü qeyd edib.