YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Bakıda keçirilən Dünya Skaut Konfransı mühüm bir beynəlxalq tədbirdir

«Bakıda keçirilən Dünya Skaut Konfransı mühüm bir beynəlxalq tədbirdir». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, belə bir nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın yüksək inkişafının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanda son illər ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

«Bu tədbirlər ən müxtəlif istiqamələri əhatə edir. Həmçinin, bu tədbirlərdə dünyanı narahat edən məsələlər məhz burada müzakirə olunur və həll yolları araşdırılır. Ümumiyyətlə, Azərbaycan dünyada tolerantlıq mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib»- deyə, deputat qeyd edib.