YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Rusiya Federasiyasının BMT yanında yeni təyin olunmuş daimi nümayəndəsi Vasili Nebenzya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyəsindən, xüsusilə hər iki ölkə prezidentinin dostluq münasibətlərindən məmnunluq ifadə edilib və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və bu xüsusda BMT yanında daimi nümayəndəliklər arasında təmasların əhəmiyyətini vurğulayıblar.