YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Prezident İlham Əliyevə təbrik ünvanladı

Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə Sudan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan müstəqilliyini bərpa edəndən bəri ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr qarşılıqlı dinamik siyasi dialoq, səmərəli və uğurlu əməkdaşlıq əsasında inkişaf edir. Əminəm ki, iqtisadi, ticari, texniki, humanitar sahələrdə və xalqlarımız arasında əlaqələr bundan sonra da hərtərəfli, davamlı və geniş şəkildə inkişaf edəcək.

Mən inanıram ki, birgə səylərimizlə potensialımızdan daha yaxşı istifadə edə və məqsədlərimizə nail ola bilərik.

Xahiş edirəm Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə inkişaf və rifah arzularımı qəbul edin”.