YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Regionların inkişafı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir

“Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənmiş və reallaşdırılmış regionların sosial-iqtisadi inkişafı üzrə 2004-2008, 2009-2013 və 2014-2018-ci illər üçün dövlət proqramları çərçivəsində ölkədə ümumi daxili məhsul, o cümlədən qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, investisiyalar, əhalinin gəlirləri və orta aylıq əməkhaqqı dəfələrlə artıb.

“Məhz, bölgələrin inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ölkədə növbəti illərdə də iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığı təmin ediləcək, infrastruktur və sosial xidmətlər daha da yaxşılaşdırılacaq.

DİGƏR Xəbərlər Arxiv