YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə təqribən 17 milyon ton xam neft ixrac edilib

Bu ilin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 17 milyon ton (125 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 159 tankerə yüklənib.

“BP-Azerbaijan” şirkətindən  verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2017-cı il iyun ayının sonunadək BTC ilə ümumilikdə 365 milyon ton (2,74 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 584 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 64 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar sərf edilib.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.