YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir

Avqustun 26-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Abdullah Gül prezidentlik fəaliyyəti dövründə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə etmiş, bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevlə olan şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulamışdır.

Xoş sözlərə görə Abdullah Gülə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsində Abdullah Gülün xidmətlərini xüsusi vurğulamış, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

 

DİGƏR Xəbərlər Arxiv