YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhram Xəlilov: Gənclərin dövlət qulluğuna marağı ildən ilə artır

"Hazırda Azərbaycanda V-VII təsnifat üzrə çalışan dövlət qulluqçularının sayı 30 minə yaxındır ". Bu fikri Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu  Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

B. Xəlilov gənclərin də dövlət qulluğuna marağının ildən-ilə artdığını qeyd edib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul olan şəxslərin 80%-ni məhz gənclər təşkil edir.

"Hər il bütün ali təhsil müəssisələrinin məzunları ilə görüşlər keçiririk. Dövlət qulluğu sahəsi üzrə ən çox ehtiyac informasiya texnologiyaları ixtisasları, hüquqşünas və iqtisadçılarıdır"- deyə, komissiyanın sədri vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv