YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda "Beynəlxalq Gənclər Düşərgəsi" təşkil olunacaq

Avqustun 27-31-də "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının (BGİ) "Beynəlxalq Gənclər Düşərgəsi" öz işinə başlayacaq. Tədbirə 19 ölkədən iştirakçı qatılacaq.

ABŞ, Azərbaycan, Moldova, Polşa, Monteneqro, Sloveniya, Türkiyə, İndoneziya, Vyetnam, Qazaxıstan, Misir, Makedoniya, Rumıniya, Tunis, Efiopiya, Gürcüstan, Banqladeş və Moldovadan gələcək gənclər düşərgə çərçivəsində müxtəlif mövzularda müzakirələr aparacaqlar. Layihə çərçivəsində mədəniyyətlərarası dialoq və layihə idarəçiliyi üzrə treninqlər keçiriləcək.

Qeyd edək ki, "Böyük İpək Yolu" BGİ 2012-ci ildə Bakıda 27 ölkənin gənclərinin iştirakı ilə təsis olunub. Təşkilatın məqsədi qədim İpək Yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni və humanitar əlaqələrin yaradılması və genişləndirilməsidir.

DİGƏR Xəbərlər Arxiv