YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: İnanırıq ki, bu sistemin ölkədə tətbiqi uğurlu olacaq

«Hazırda səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır». Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, görülən işlər icbari tibbi sığortanın tezliklə tətbiqinə xidmət edir. “Tibbi sığorta haqqında” qanunda da təkmilləşdirmələr aparılıb. Onun sözlərinə görə,  icbari tibbi sığorta ilə bağlı sistemli tədbirlər həyata keçirilir, ölkədə  yüksək standartlara cavab verən səhiyyə infrastrukturu yaradılıb.

«Bu çox önəmlidir. Son illər bütün ölkədə yeni tibb müəssisələri yaradılıb, lazımi avadanlıqlarla təmin olunub, onların maddi-texniki bazası gücləndirilib. İcbari tibbi sığortanın tətbiqi günümüzün ən aktual məsələlərindəndir. Bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Pilot layihə olaraq Mingəçevir və Yevlaxda bu sistem tətbiq olunur. İnanırıq ki, bu sistemin ölkədə tətbiqi uğurlu olacaq və səhiyyə sisteminə yeni keyfiyyət dəyişiklikləri gətirəcək»- deyə, komitə sədri vurğulayıb.