YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələ: Beynəlxalq Musiqi Festivalında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

İyulun 31-də IX Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə növbəti kamera konserti olub.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən festivalın üçüncü günü Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəqan Həsənli, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin üzvü, Prezident təqaüdçüsü Məmməd Rəcəbli (klarnet), “Sarı gəlin tələbə mahnı festivalı”nın Qran-Pri mükafatçısı Aydan Quliyeva (soprano), beynəlxalq müsabiqələrin laureatı, Heydər Əliyev Fondunun xüsusi mükafatına layiq görülən Taleh Yəhyayev (bariton) və “D ACCORDO” barokko musiqi ansamblının bədii rəhbəri İlahə Sadıqzadənin (piano) çıxışı alqışlarla qarşılanıb.

Konsertdə M.Ravelin “Gecə kəpənəkləri”, “Qəmgin quşlar”, S.Prokofyevin “Aldanma”, A.Məlikovun “Məhəbbət əfsanəsi”ndən Noktürn, J.Offenbaxın “Qofmanın nağılları” operasından “Gəlincikin ariyası”, S.Raxmaninovun “Yuxu”, F.Əmirovun “Azərbaycan elləri”, Ü.Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, A.Rubinşteynin “Neron” operasından “Epitalama”, E.İbrahimovanın “Ey Vətən”, A.Yusifovanın “İthaf” əsərləri səsləndirilib.