YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Pyotr Poroşenkoya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Pyotr Poroşenkoya bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Ukraynanı ənənəvi möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq bu ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.”