YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Cəlilabad rayon təşkilatının IX konfransı keçirilib

İyulun 19-da  Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının IX konfransı keçirilib.

Konfrans nümayəndələri və qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib,  önünə tər gül çiçək dəstələri qoyublar.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən konfransda YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı məruzə ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verib, partiyanın yaranma tarixinə toxunub, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsinin müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi, ölkənin tərəqqiyə doğru irəliləməsini təmin edən əsas amil olduğunu xüsusi vurğulayıb.

Son illər Azərbaycanın istər iqtisadi, istərsə də beynəlxalq aləmdə qazandığı böyük uğurları konkret faktlarla xatırladan məruzəçi, bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyasının xüsusi xidmətlərini qeyd edib.

Konfransda bildirilib ki, 96 ərazi ilk təşkilatını özündə birləşdirən YAP Cəlilabad təşkilatının hazırda 6923 nəfər üzvü vardır. Üzvlərin 30.5%-ni qadınlar, 25.3%-ni isə gənclər təşkil edir. Əvvəlki konfransdan ötən müddət ərzində partiya sıralarına 1576 nəfər qəbul olunub ki, bu göstərici də partiyanın əhali arasında populyarlığının artdığının göstəricisidir.

Konfransda YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Fərqanə Məmmədova, ilk təşkilat sədri Elçin Hüseynov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov, Gənclər Birliyinin idarə heyətinin üzvü Günel Məmmədova çıxış ediblər.

Rayon təşkilatının IX konfransında Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, Milli Məclisin deputatı Malik Həsənov, rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu qüvvəsinə və xalqın partiyasına çevrilməsində onun yaradıcısı, Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıblar.

Çıxışlarda bildirilib ki, Ümummilli liderimizin siyasi xəttinin, ideyalarının bu gün partiyanın Sədri, ölkə Prezidenti cənab Ilham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızda sabaha böyük inam doğurur. Natiqlər son dövrlər Cəlilabadın iqtisadi və mədəni həyatında böyük dəyişikliklərin baş verdiyini, geniş tikinti quruculuq işlərinin aparıldığını qeyd ediblər.

Konfransda  təşkilati məsələlərə baxılıb, Mirsüleyman Mirxaslı yenidən YAP Cəlilabad rayon təşkilatının sədri seçilib. Konfransda  həmçinin sədrin müavinləri, rayon təşkilatının  Şurası, İdarə Heyəti və Nəzarət-təftiş qrupu da seçilib.