YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan həmsədrlərin XİN rəhbərlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünün keçirilməsi təklifinə razılıq verib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirilmiş görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: “Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.