YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Həsənov: ATƏT Parlament Assambleyasının illik yay sessiyası Azərbaycan üçün uğurla başa çatdı

«ATƏT Parlament Assambleyasının illik yay sessiyası Azərbaycan üçün uğurla başa çatdı». Bu fikri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov deyib.

E.Həsənov bildirib ki, Azərbaycan nümayəndə heyəti sessiyada sistemli şəkildə fəaliyyət göstərib. Onun sözlərinə görə, məhz bu fəaliyyətin nəticəsində ölkəmizə qarşı yönələn addımların qarşısı alınıb.

«Sessiya çərçivəsində müəyyən qətnamə layihəsi təqdim olunmuşdu ki, orada Azərbaycana qarşı qərəzli məqamlar yer almışdı. Azərbaycan nümayəndə heyətinin apardığı iş və PA üzvlərinin obyektiv mövqe tutması nəticəsində  bu sənəd qəbul olunmadı. Eyni zamanda, sessiya çərçivəsində bir sıra sənədlərə Azərbaycan deputatlarının irəli sürdüyü təkliflər  qəbul olundu. Bu da nümayəndə heyətimizitn uğurudur»- deyə, E.Həsənov qeyd edib.