YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin yeni Baş naziri təyin olundu

Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin yeni Baş naziri təyin olunub. Bunu jurnalistlərə ölkənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. /Trend/

Bundan əvvəl avqustun 21-də yeni Baş nazirin təyin edilməsi haqqında qərar qəbul olunacağı deyilirdi.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də xarici işlər naziri Ə.Davudoğlunun namizədliyi irəli sürülüb.

Bu qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Telekanalın məlumatına görə, Ə.Davudoğlunun namizədliyi AKP-nin avqustun 27-də keçiriləcək təcili qurultayında təsdiq olunmalıdır.