YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının VIII konfransı keçirilib

İyulun 8-də  Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının VIII konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər-gül dəstələri qoyublar.

Konfransda YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova hesabat dövründə təşkilatın gördüyü işlərə dair məruzə ilə çıxış edib. 

Konfransda daha sonra nəzarət- təftiş qrupunun hesabatı dinlənilmişdir.  Konfransda  YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatı Elman Nəsirov, və Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli  Babayev iştirak ediblər.

Konfransda Pərvin Mahmudova yenidən YAP Zərdab rayon təşkilatının  sədri  seçilmişdir.

Konfransda həmçinin rayon təşkilatının yeni tərkibdə idarə heyəti, şura və nəzarət –təftiş qrupu seçilmişdir.