YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranın www.ccsi.ir xəbər portalı Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini yaymışdır

Tehran Universitetinin rəsmi www.ccsi.ir xəbər portalı Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Prezident İlham Əliyevin İrana səfəri münasibətlərin inkişafında yeni mərhələnin təməlini qoydu” sərlövhəli müsahibəsini fars dilində yaymışdır. Ölkənin Qərbi Azərbaycan Vilayətinin mərkəzi Urmiya şəhərində fəaliyyət göstərən “Dəniz” qəzeti isə müsahibəni veb saytında AzərTAc-a istinadla Azərbaycan dilində yerləşdirmişdir. Müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 9-da İran İslam Respublikasına rəsmi səfərinin ayrı-ayrı istiqamətləri şərh edilmişdir. Səfərin tarixi əhəmiyyətini bölüşən Əli Həsənov müsahibəsini “Hesab edirəm ki, Azərbaycan Prezidentinin İrana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu. Səfər bir daha təsdiq etdi ki, İran-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir” ifadəsi ilə yekunlaşdırmışdır.

DİGƏR Xəbərlər Arxiv