YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin sədr müavini Cənubi Koreyanın paytaxtı Seula səfər edib

YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iyul ayının 6 –da Cənubi Koreyanın paytaxtı Seula rəsmi səfər edib.

Ramin Məmmədov Seulda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin 28-ci, ICAPP Media Forumunun 3-cü və Asiya Avropa Siyasi Forumunun 1-ci toplantılarında iştirak edəcək.  

Qeyd edək ki, ICAPP Media Forumunun Sessiya açılışında Asiya ölkələrinin hökumət üzvləri, müxtəlif partiyaların rəhbər şəxsləri, səlahiyyətli nümayəndələr iştirak edəcəklər. Forumun ilk gününün Sessiya mövzuları “Medianın siyasi demokratizmdə rolu” və “Asiya cəmiyyətinin qurulmasında medianın rolu” olacaqdır. Hər iki Sessiyaya Yeni Azərbaycan Partiyasının nümayəndəsi rəhbərlik edəcək.

Toplantının ikinci günündə isə Asiya Avropa Siyasi Forumunun (AEPF) açılış sessiyası baş tutacaq. Açılışda da həm Asiyanın, eləcə də Avropanın müxtəlif hökumət nümayəndələri, partiyaların rəhbər şəxsləri iştirak edəcəkdir. İki Sessiyadan ibarət olan toplantıda Asiya Avropa Siyasi Forumunun (AEPF) Şura üzvlərinin seçkisi nəzərdə tutulur.

Qeyd edək ki, sözü gedən toplantılarda təmsil olunan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini, YAP Beynəlxalq əlaqələr Komissiyasının üzvü Ramin Məmmədov eyni zamanda ICAPP Gənclər Qolunun və Media Forumun birinci vitse-prezidentidir.