YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İdarə Heyətinin iclası keçirilmişdir

İyul ayının 6-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

İclasda YAP-ın Sədr müavini –İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı və insan təlafatı haqqında məlumat verdi. Əli Əhmədov qeyd etdi ki, iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi qəti şəkildə pislənilməlidir. Bildirilmişdir ki, insanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirmişdir. Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin biganəliyi erməni terroristlərinin əl-qolunu açır və mahiyyət etibarı ilə  dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir.

  İdarə Heyətinin iclasında qərara alınmışdır ki, Yeni Azərbaycan Partiyası əməkdaşlıq etdiyi partiyalara, parlamentarilərə müraciət edərək erməni silahlı birləşmələrinin növbəti vəhşiliyini və bu uşaq qatillərinin əməllərini pisləməyə səsləsin.

İdarə Heyətinin iclasında, həmçinin, 2017-cı ilin birinci yarısında həyata keçirilmiş tədbirlər və İdarə Heyətinin 2017-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilmişdir.  YAP İdarə Heyətinin 2017-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilmişdir. Qeyd edilmişdir ki, 2017-cı ildə də Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilmişdir.

Vurğulanmışdır ki, 2017-cı ilin müvafiq dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını davam etdirmişdir. 

YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir.  Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilmiş, bir sıra mühüm görüşlər keçirilmişdir.

Qeyd olunmuşdur ki, 2017-cı ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilmiş, bununla da partiya üzvlərinin sayı 700 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.

İclasda YAP İdarə Heyətinin 2017-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2017-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunmuşdur.

Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında keçirilən konfranslar barədə geniş fikir mübadiləsi aparılmışdır.