YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Regionların inkişafı üçün zəruri infrastruktur yaradılıb

«Regionların inkişafını özündə ehtiva edən dövlət proqramlarının vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırır». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, proqramların icrası bölgələrdə  yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına geniş şərait yaradıb.

«Bundan başqa,  dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur. Bütün bunlarla yanaşı, bölgələrdə xeyli sayda tibb ocaqları, məktəblər, mədəniyyət evləri, sosial obyektlər də tikilib istifadəyə verilir. Görülən bu işləri Prezidentimizin ölkə vətəndaşlarına qayğısının ifadəsidir»- deyə, T.Rzayev vurğulayıb.