YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbədənkənar son plenar iclası keçirilir

İyunun 30-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilir.

Parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirilib ki, iclasda 19 məsələ müzakirə olunacaq.

İclasda əvvəlcə Azərbaycan Respublikası Ali, Bakı Apellyasiya, Gəncə Apellyasiya, Sumqayıt Apellyasiya, Şirvan Apellyasiya, Şəki Apellyasiya məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məsələlər nəzərdən keçiriləcək.

Deputatlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “İcra haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Əmanətlərin sığortalanması haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar. Həmçinin Su və Miqrasiya məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə müzakirələr aparılacaq.

Bundan başqa, iclasda “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihələrinə ikinci oxunuşda baxılacaq.