YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib

İyunun 23-də  Yeni Azərbaycan Partiyası Qazax  rayon təşkilatının IX konfransı keçirilib.

Konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin deputatı iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra konfransda  Dövlət Himni səsləndirilib.

Konfransda hesabat məruzəsi ilə  YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edib.  Bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır.  Ümummilli liderin qurucusu olduğu və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.

Daha sonra YAP Qazax rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Ramil Qurbanovun hesabat məruzəsi dinlənilib.

Məruzələr ətrafında YAP Gənclər Birliyi Qazax rayon təşlilatının sədri Vüsal İsmayılov, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova, YAP Qazax rayon təşkilatının Şura üzvü Valeh Vəliyev, partiya fəalı Məmməd Yusifov, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış ediblər. Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən ətraflı danışıblar. O dövrdə baş verən hadisələrlə bağlı fikirlərini bildiriblər. Qeyd ediblər ki,  xalqımız 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını böyük sevinclə qarşılayıb. Hazırda digər yerlərdə olduğu kimi Qazax rayonunda da quruculuq işləri böyük vüsət alıb. Çıxış edənlər YAP Qazax rayon təşkilatının hesabat dövrü ərzində qənaətbəxş fəaliyyət göstərdiyini vurğuladılar.

YAP Qazax rayon təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

YAP Qazax rayon təşkilatı nəzarət-təftiş qrupunun hesabatı qəbul edilib.

Sonra təşkilati məsələlərə baxılıb. Həmid Təşkilat oğlu Pənahov yekdilliklə yenidən YAP Qazax rayon təşkilatının sədri seçilib. Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının qətnaməsi qəbul olunub. Həmçinin, təşkilatın 45 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-təftiş qrupu seçilib.