YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sumqayıt şəhər təşkilatının konfransı keçirilib

İyunun 20-də YAP Sumqayıt şəhər təşkilatının VIII konfransı keçirilmişdir.

Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu  Ulu Öndər Heydər Əliyevin  abidəsini ziyarət edərək  abidə önünə  tər çiçəklər düzməklə onun  əziz xatirəsini ehtiramla yad etdilər.

Konfransda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilkatının sədri  Asif İmaməliyev ötən dövr ərzində görülən işlər barədə məruzə ilə çıxış edərək hesabat verdi.

Sonra gündəliyə müvafiq olaraq nəzarət təftiş qrupunun gördüyü işlər  barədə hesabat konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Məruzə ətrafında çıxış edənlər təşkilatın  son konfransdan  keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər.

Konfransda təşkilati məsələlərə də baxıldı.

Konfransda YAP Sumqayıt şəhər təşkilatının yeni tərkibdə şurası,  idarə heyəti və  nəzarət təftiş qrupu  seçildi.

Konfransda Ramiz Hüseynov YAP Sumqayıt şəhər təşkilatının sədri  seçildi.

Konfransda  Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov geniş  çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi  şərəfli inkişaf yolundan,  respublikanın ictimai-siyasi həyatında oynadığı roldan və qarşıda duran vəzifələrdən danışdı.