YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Eurasianet": ABŞ-ın prioriteti Cənubi Qafqazda eskalasiyanın qarşısını almaq olmalıdır

Son illərdə Cənubi Qafqazdakı geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və bölgədə Amerikanın maraqlarının irəliləməsi üçün ABŞ prezidenti Donald Tramp administrasiyasının bəzi məsələlərə yanaşmaları dəyişməlidir.

Bu, “Eurasianet” nəşrində Riçard Sokolski və Pol Stronskinin məqaləsində yazılıb.

Müəlliflərin fikrincə, ABŞ-ın Cənubi Qafqazda daimi maraqları var:

“Bura regional stabilliyin qorunması, münaqişələrin qarşısının alınması, Azərbaycan, Gürcüstan və Ermənistanın Qərb təhlükəsizlik və iqtisadiyyat sistemlərinə yaxınlaşması daxildir”.

Son 25 il ərzində ABŞ-ın Cənubi Qafqazda iştirakı hər 3 dövlətə öz suverenlyini qoruyub saxlamağa və müəyyən demokratik inkişafa nail olmağa kömək edib.

Müəlliflər yazır ki, gələcəkdə ABŞ-ın regiondakı əsas vəzifələrindən biri uzanmış münaqişələrdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsində eskalasiyanın qarşısının alınması olacaq. Silahlı münaqişənin bərpa olunması hər üç ölkə üçün və bütün region üçün ciddi sosial-iqtisadi və siyasi fəsadlara gətirib çıxaracaq.