YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni iqtisadi transformasiya mərhələsini yaşamaqdadır

«Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni iqtisadi transformasiya mərhələsini yaşamaqdadır. Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində elə bir ölkəyə çevrilib ki, o inkişafını hardasa məhdudlaşdırmaq haqqında nəinki düşünmür, öz inkişafını uğurla davam etdirir. Bu siyasət Azərbaycan xalqına xidmət edir». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.  

Əli Əhmədov bildirib ki, yeni iqtisadi transformasiyanın əsas səbəbi ölkənin hərtərəfli inkişafını  sürətləndirmək, iqtisadiyyatı daha da gücləndirmək, insanların rifahını daha da yüksəltməkdirsə, digər tərəfdən  bütün bu istəkləri  həyata keçirmək üçün yeni üsulların tətbiq olunmasıdır. Onun sözlərinə görə, həyat inkişaf etdikcə müəyyən təbii resurslar tükənir. Ölkəmizin yeni inkişaf strategiyasında isə  tükənməyən resurslara əsaslanan iqtisadiyyatın yaradılması və genişləndirilməsidir. Bu yöndə də siyasət uğurla həyata keçirilir.

«Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırki iqtisadi islahatlar hər şeydən əvvəl iqtisadiyyatın şaxələndirilməsi, insan amilindən və resurslarından istifadə edərək iqtisadiyyatın daha da gücləndirilməsi və bütün bunların sayəsində Azərbaycanın yeni mərhələdə daha  sürətlə inkişafını təmin etmək və əhalinin rifahını daha da n yüksəltməkdir. İnanıram ki, birinci mərhələdə həyatımızı fundamental şəkildə dəyişdirməyə nail olduğumuz kimi hazırda da uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımız öz inkişafında yeni mərhələyə yüksələcək. Bu da insanların rifahını yüksəltmək üçün imkanlar qazandırır. Çünki Prezidentimizin vurğuladığı kimi Azərbaycanda həyata keçirilən  siyasətin mərkəzində insan dayanır»- deyə, Baş nazirin müavini vurğulayıb.  

DİGƏR Xəbərlər Arxiv