YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilk dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. BTİ-nin Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı  Təşkilatın Baş Katibi Xoulin Çjao tərəfindən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevə təqdim olunub. 

Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.