YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Son 2 ildə üç və dörd ulduzlu yüzə yaxın otelin tikintisi aparılıb

Bütün rayonlar üzrə təhlillər aparmışam. Elə rayonlar var ki, turistlər 10 manata, elə yerlər də var ki 30 manata yerləşdirilir. Elə yerlər də var ki, 5-6 nəfərdən ibarət ailəni bir günlük 100 manata yerləşdirirlər. Adambaşına 15 manat düşür. Hesab edirəm ki, Azərbaycanda mövcud olan qiymət səviyyəsinə uyğun olaraq bu ölçülər kifayət qədər qəbul olunandır.

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə. Qarayev hostellərlə bağlı suallara cavab olaraq qeyd edib ki, özəl evlərdə və yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl olunması lazımdır: “Bunun üçün şərtlərin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Hazırda onun üzərində işləyirik. Düşünürəm ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunacaq. İnsanlar hostellərin nə olduğunu kifayət qədər aydın təsəvvür edə biləcəklər. Bu gün bu iş pərakəndə şəkildə həyata keçirilir. Lakin tendensiya göstərir ki, bu hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var.

Nazir aşağı ulduzlu otellərlə bağlı qeyd edib ki, statistik məlumatlara əsaslanaraq deyə bilərəm ki, son 2 ildə üç və dörd ulduzlu yüzə yaxın oteli tikintisi aparılıb.

Ə.Qarayev eyni zamanda, vurğulayıb ki, Formula-1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi müddətdə ölkəmizin böyük mehmanxana şəbəkələrinin demək olar ki, 95 faizi dolacaq. Qonaqların sayının çox olacağın gözlənilir. Qonaqların, xüsusilə körfəz ölkələrindən gələnlərin yalnız Bakıda deyil, regionlarda da maraqlı istirahətinin təşkili istiqamətində iş gedir.