YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malena Mard: Avropa İttifaqı və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır

Avropa İttifaqı və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

Bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu çərçivəsində jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O qeyd edib ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas investorudur: “Biz əlbəttə ki, Azərbaycanla diversifikasiya və islahatlar proqramı çərçivəsində əməkdaşlıq etmək istəyirik”.

M.Mardın sözlərinə görə, iyunun 16-ı mehriban qonşuluq və genişlənmə siyasəti üzrə Avrokomissar Yohannes Han Azərbaycana səfər edəcək.

DİGƏR Xəbərlər Arxiv