YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Giorgi Kvirikaşvili: Azərbaycan və Gürcüstan nəinki regional, bütövlükdə qlobal qarşılıqlı maraqlara əsaslanan möhkəm dostluq əlaqələri qura bilmişdir

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkəmizin milli bayramı -  Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, bu il Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi tamam olacaqdır. Bu illər ərzində ölkələrimiz nəinki regional, bütövlükdə qlobal qarşılıqlı maraqlara əsaslanan mehriban qonşuluq münasibətləri və möhkəm dostluq əlaqələri qura bilmişdir.

Gələcəkdə tərəfdaşlığımızın daha da güclənməsini, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsini arzu edirəm”.