YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xanhüseyn Kazımlı: İqtisadi inkişaf istiqamətlərindən biri müasir, innovasiyalara əsaslanan sənaye quruculuğu ilə bağlıdır

«Hazırda Azərbaycanın seçdiyi prioritet iqtisadi inkişaf istiqamətlərindən biri müasir, innovasiyalara əsaslanan sənaye quruculuğu ilə bağlıdır». Bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq qeyri-neft sənayesində istehsal imkanlarının artırılması həm siyasi cəhətdən, həm də investisiya təminatı baxımından dəstəklənir.
Onun sözlərinə görə, son illərdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət, bu məqsədlə fundamental əsaslar yaradılması öz müsbət nəticələrini verməkdədir.

«Belə ki, artıq respublikamızda sənaye quruculuğunun müsbət nəticələrindən geniş söhbət açmaq mümkündür. Son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Ötən il bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə 410 sənaye müəssisəsi açılıb, bir sıra yeni sənaye obyektlərinin inşasına start verilib. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Təsadüfi deyil ki, 2017-ci ilin əvvəlindən milli iqtisadiyyatımızda ən yaxşı göstəricilərdən biri 2 faizdən çox olmaqla məhz qeyri-neft sənayesində qeydə alınıb»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv