YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq

«Ermənilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov  deyib.

E.Məmmədov  bildirib ki, dövlətimizin  başçısı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, danışıqlar prosesində irəliləyiş olmazsa, sülhün alternativi ən azı, qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq.

«Bu isə o deməkdir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə özü üçün problem yaradacaq. Çünki işğalçı dövlət dərin böhran içərisindədir. Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Üstəlik, Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edəcək. Bu mövqe dövlətimiz tərəfindən dəfələrlə bəyan olunub»- deyə, E.Məmmədov qeyd edib.