YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın öz prinsiplərinə ardıcıl şəkildə sadiq qalmasının nəticəsi olaraq qlobal miqyasda respublikamıza qarşı inam və rəğbət getdikcə artır

“ABŞ Prezidenti Donald Trampın 28 May-Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbay Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlaması və sənədlərdə ölkəmizlə əməkdaşlığa böyük önəm verməsi, perspektivdə bu əməkdaşlığı daha da dərinləşdirmək istəyini ifadə etməsi qlobal miqyasda Azərbaycanın getdikcə artan nüfuzunun təsdiqidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan dünyada gedən proseslərə daim konstruktiv, ədalətli yanaşma nümayiş etdirir. Onun sözlərinə görə, ölkəmiz məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasətində o mövqedən çıxış edir ki, beynəlxalq hüquq hər yerdə və həmişə əsas meyar kimi götürülməlidir: “Azərbaycanın öz prinsiplərinə ardıcıl şəkildə sadiq qalmasının nəticəsi olaraq qlobal miqyasda respublikamıza qarşı inam və rəğbət getdikcə artır. ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı məktublarda ifadə olunan fikirlər bunu bir daha təsdiqləyir. D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab etdiyini vurğulayıb və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin bundan sonra da gücləndirilməsini arzuladığını diqqətə çatdırıb”.

Sevinc Fətəliyeva son illərdə dünyada gedən proseslər fonunda terrorizmə qarşı mübarizənin aktuallığının daha da artığını bildirib. “Təəssüf doğuran haldır ki, hazırda terrorizm bir çox ölkələr üçün çox ciddi təhdidə çevrilib. Ən acınacaqlı cəhət odur ki, terror hadisələri bir çox hallarda milli-dini-irqi zəmində törədilir. Bu isə gələcək birgəyaşayış üçün daha təhlükəlidir. İnsanlarda sabaha inam azalır. Dünyanın gələcəyi üçün getdikcə daha böyük təhlükəyə çevrilən terrrorun qarşısını ancaq birgə səylərlə almaq mümkündür. Bu istiqamətdə Azərbaycanın səyləri hər cür yüksək qiymətə layiqdir. Ölkəmiz özünün xoş məramına sadiq qalaraq dünyanın bu və ya digər məkanlarında aparılan antiterror əməliyyatlarına öz töhfəsini verməyə çalışır. Bu amil D.Trampın Azərbaycanın dövlət başçısına ünvanladığı məktubda da nəzərə çatdırılıb. Amerika Birləşmiş Ştatlarının Prezidenti vurğulayıb ki, ABŞ və Azərbaycan birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırlar”-deyə, millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv