YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır

Bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıb. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir.

Bu fikirləri Prezident İlham Əliyev mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda səsləndirib.

Dövlətimizin başçısı deyib: “Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2” layihəsinin icrası 93 faizə çatıb. İkinci layihə Cənubi Qafqaz kəməridir. Orada icra səviyyəsi 85 faizdir. Üçüncü layihə Trans-Anadolu neft kəməri – TANAP-dır. Burada işlərin 72 faizinin görülməsi təmin edilib. Dördüncü layihə Trans-Adriatik kəməri – TAP-dır. Orada isə icra səviyyəsi 42 faizdir”.