YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Halit Eren: Azərbaycan İslam həmrəyliyinə öz töhfəsini verir

Əminəm ki, bu günlərdə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunacaq və bu oyunlar müsəlman ölkələri arasında həmrəyliyi daha da gücləndirəcək.

Bu sözləri müsahibəsində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren deyib.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olan Halit Eren bildirib ki, forumda səmərəli müzakirələr aparılıb, aktual məsələlər qaldırılıb və onların həlli yolları barədə təkliflər səsləndirilib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının önəmindən də danışan Halit Eren deyib: “Bir çox beynəlxalq forumlara uğurla ev sahibliyi edən Azərbaycanda qlobal əhəmiyyətli humanitar tədbirlərin keçirilməsinə böyük önəm verilir, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqların təşkili üçün mühüm işlər görülür. IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan belə bir yarışa ev sahibliyi etməklə İslam həmrəyliyinə öz töhfəsini verir”, - deyə o vurğulayıb.